irevan moskva 900x575 1

Ermənistanda Rusiyadan qaz təchizatının kəsilməsi ilə bağlı panika yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Nəşr bununla əlaqəli Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə müraciət edib.

“Biz bu məsələ ilə bağlı Rusiya tərəfindən heç bir məktub və ya bildiriş almamışıq”, – deyə qurum bildirib.

Mayın 26-da “Kommersant” yazıb ki, Rusiya bu barədə Ermənistana xəbərdarlıq edib.

“İrəvan Avropa İttifaqı ilə yaxınlaşmağa davam etsə, Moskva qaz, neft məhsulları və almazın rüsumsuz tədarükünü dayandıra bilər”, – deyə qeyd olunub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: