İrəvanda gizli qutuda Azərbaycanla bağlı saxlanılan böyük sirr üzə çıxdı – FOTO

Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzində Azərbaycanla bağlı düz 8 minə yaxın  sənəd, əlyazma, nadir kitab, xəritə, xalça, əşya, kitabə və bu ölkədən aparılan sərvətlər saxlanılır. 2014-cü ildə isə Amerikada bir iş adamı Bakıdan alınan Şəki-Şirvan xalçaçılıq məktəbinə aid olan 3 əsrlik xalçanı satışa çıxarmış, Amerika erməniləri tərəfindən 100 min dollardan çox qiymətə alınaraq Matendaranda hədiyyə edilmişdi. Bu barədə geniş yazacam. 2014-cü ildə amerikalı iş adamı 3 əsrlik xalçanı necə və hansı yolla bu ölkədən çıxara bilib?

Globalinfo.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

O bildirib ki, əsl məsələ 1939-cu ildə İrəvanda çap edilən kitabdır:

“Kitab Matendaranda işləyən bir qrup şəxsin Torosyan adlı alimin redaktəsi ilə hazırlanıb. Sonradan bu kitab satışdan və bütün kitabxanalardan yığışdırılıb.

Amma Gürcüstanda arxivdə o zaman bunun surətini saxlaya biliblər. Bu kitabın surətini tam əldə etmişəm. Çox maraqlı faktlar və məlumatlar var. İlk olaraq Azərbaycan tarixi və türk dili ilə bağlı faktları ermənilər özləri kitabda etiraf ediblər:

“Matendaranda Azərbaycan ədəbiyyatı və tarixinə aid qiymətli tarixi sənədlər saxlanılır.

Keçən il Matendaranda Alban əlifbası tapılmışdı. Onu ilk dəfə Marra adına Universitetin professoru Şanidze və dosent Abuladze aşkar edib dərc ediblər. Bu əlifba Azərbaycan tarixi və ədəbiyyatı üçün misilsiz əhəmiyyət daşıyır. Bu yeni əlyazmalar, bizə çatan və hər addımda rastımıza çıxan faktlarla sübut edir ki, Azərbaycan xalqı Zaqafqaziyanın mədəni dəyərlərinin yaradılmasında aktiv iştirakçı olub.

Matendaranda Azərbaycan tarixinə aid çox qiymətli yazılar var. Türk dilində yazılan şeirlər və əlyazmalar Azərbaycan tarixinə aiddir, heç biri öyrənilməyib”.

Bu, qısa tərcümədir və sənəddə orjinalını rus dilində oxuya bilərsiniz. Bu fakt göstərir ki, erməni alimləri Matendaranda saxlanılan Alban əlifbasının Azərbaycana aid olduqlarını təsdiq edirlər və onun türk dilində olmasını da sübut edirlər. Bu gün dünyaya erməni əlifbası kimi göstərilən Alban əlifbası əslində saxtadır və əsl Alban əlifbası türk dilində hazırda Matendaranda gizli qutularda saxlanılır və üzə çıxarılmır.

Bu, təqdim etdiyim kitabda yazılıb və 1939-cu ildə çap edilib. İndi Ermənistan nə qədər iddia edirsə etsin, bu kitab bizə əsas verir ki, onları susduraq və Albaniyanın Azərbaycan olduğunu, əlifbasının türk olduğunu və əhalisinin türk olduğunu dünyaya göstərək. Özü də ermənilərin öz etirafları əsasında…”

Tamerlan Yayaqan
Globalinfo.az