WhatsApp Image 2024 06 12 at 10.39.59

Bu gecə İrəvanda baş verən atışmada “Çeryomuşkinski Faz” ləqəbli kriminal avtoritet, 44 yaşlı Sergey Qriqoryan öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, instident zamanı həmçinin Boris Saakyan adlı şəxs yaralanıb.

***

Ermənistanın paytaxtı İrəvanda gecə saatlarında atışma olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, atışma İrəvanın Şinarneri küçəsində baş verib.

Yaxınlıqdakı evlərin sakinləri avtomatlarla avtomobildən atəş açıldığını bildiriblər.

Hadisə yerinə polis qrupları gəlib. Hələlik ətraflı məlumat verilmir.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: