“İrəvan sadəcə bu ümidlə sülh sənədini imzalayacaq” – Qriqoryan

 

“Əgər İrəvan Əliyevin son təklifini qəbul etsə, Azərbaycan siyasi dividentlər əldə edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Tiqran Qriqoryan deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanın Azərbaycana qarşı müqavimət göstərmək potensialı yoxdur:

“Əliyev 2023-cü ilin sentyabrından sonra bütün strateji hədəflərinə çatıb və Ermənistan da bu hədəfləri qəbul edib. Mən şübhə etmirəm ki, Ermənistan mövcud problemlərin gələcəkdə həll ediləcəyi ümidi ilə bu çərçivə sazişini imzalamağa gedəcək, lakin məndə Azərbaycanın bu problemləri həll edəcəyi ilə bağlı şübhələrim var. Bundan sonra isə ən yaxşı halda neqativ sülh olacaq. Yəni müharibə olmayacaq, amma həm də deblokada və delimitasiya ilə pozitiv irəliləyişlər olmayacaq”.

Qeyd edək ki, prezident İlham Əliyev bundan öncə KAnada səfirini qəbul edərkən Ermənistanla Azərbaycan arasında əhəmiyyətli irəliləyişə ikitərəfli danışıqların səbəb olduğunu bildirib. O hazırda sülh müqaviləsi ilə bağlı böyük irəliləyişin olduğunu amma buna ən böyük əngəlin Ermənistan konstitusiyasında Azərbaycana olan ərazi iddialarının olduğunu deyib. Bununla belə Əliyev istisna etməyib ki, tərəflər yaxın bir neçə ay ərzində sülh müqaviləsinin əsas prinsiplərini razılaşdırıb, onu paraflaya, daha sonra isə əsas mətnin üzərində iş apara bilərlər.

Əliyar Xəlil
Globalinfo.az