İrəvan rəsmən təsdiqlədi: Azərbaycanla sərhəddə…

Tex-Kornidzor məntəqəsində Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb. Məlumata görə, görüş zamanı sərhədlərin dəqiqləşdirilməsi işi həyata keçirilib. Xidmət görüşdən sonra bu istiqamətdə situasiyanın əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.

Qeyd edək ki, az öncə “Qraparak” qəzeti Ermənistan-Azərbaycan nümayəndələrinin Texdə görüşdüyü və görüşə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbər Armen Abazyanın da gəldiyini bildirmişdi.

İlkin Həsənov
Globalinfo.az