Xankəndidə Bakıya qarşı təxribatlar yayan mərkəz məhv oldu

Qarabağdakı keçmiş qondarma rejimin İrəvanda fəaliyyət göstərən “operativ qərərgah mərkəzi” fəaliyyətini dayandırır. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, Qarabağdan Ermənistana köçən şəxslərin qeydiyyatı və digər sosial məsələlərə artıq rəsmi İrəvan nəzarət edəcək.

Qeyd edək ki, qondarma rejimin “prezidenti” Samvel Şahramanyan rejimin 2024-cü il 1 yanvar tarixinə kimi özünü tamamilə ləğv edəcəyinə dair sənəd imzalayaıb. Bütün “strukturların” bir-bir fəaliyyətinin dayandırıldığı bildirilir.

Ayşən Mustafa
Globalinfo.az