İraqda Türkiyə ordusuna hücum: 10 hərbçi yaralandı

0251e80d e73c 3561 bca9 68a5df3b0361 850 1

İraqda Türkiyə Silahlı Qüvvələrinin beşinci komando taboruna pilotsuz uçuş aparatları vasitəsilə hücum olub, 10 hərbçi yaralanıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Şamil Tayvar deyib.

O bildirib ki, hücumun PKK terror təşkilatının təşkil etdiyi ehtimal olunur.

Onun sözlərin görə, yaralananlar arasında zabitlər də var və hərbçilər xəstəxanaya yerləşdiriliblər.