11b46 1713085120

“İran İsrail ərazisinə yüzlərlə ballistik raket buraxıb. İsraildən başqa ABŞ-ın da İrana cavab zərbəsi gözlənilir”.

Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev İranın israilə raket hücumunu şərh edərkən deyib.

“İran İsrailə qarşı daha çox “Shahab-3″ ballistik raketlərdən istifadə edib. Hücumun ikinci hissəsində İsrail Hava hücumundan Müdafiə (HHM) qoşunları tərəfindən daha az raket zərərsizləşdirilib. İsrail ərazisinə düşən raketlərin bir hissəsi partlamayıb. İsrailin cavabı ləngiyir”, – deyə Verdiyev vurğulayıb.

Hərbi ekspert İsrailin paytaxtı Təl-Əvivdən göndərilən eksklüziv görüntüləri öz sosial şəbəkə hesabında paylaşıb.

img 1 1727816394657

Müşviq Tofiqoğlu

Globalinfo.az

Paylaş: