İranın əsas qalası: Blinken İsrailin yeni müharibəsinin anonsunu verdi

“İsrail faktiki olaraq ölkənin şimalında özünün suverenliyini itirib, çünki insanlar evlərinə qayıdanda özlərini təhlükəsizlikdə hiss etmirlər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“İsrail Livanda müharibə istəmir. Lakin onlar istənilən an muharibəyə girməyə hazırdırlar. Bu onların maraqlarının müdafiəsi üçün önəmlidir” – deyə o bildirib.

Qeyd edək ki, son günlər İsraillə Hizbullah arasında gərginlik artıb. İsrailin burada Hizbullah qruplaşmasına geniş hücum basladacağı gözlənilir. Bununla belə region dövlətləri həmçinin Türkiyə bu savaşa qarşı çıxır. İran isə öz növbəsində savaş zamanı Hizbullaha istənilən dəstəyi verəcəyini deyib, lakin özünün müharibədə iştirak edib etməyəcəyinə aydınlıq gətirməyib.

Əliyar Xəlil
Globalinfo.az