İrandan narkotik keçirilməsinin qarşısı alındı – FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Globalinfo.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilbi ki, may ayının 24-də saat 01:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12 kiloqram 748 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb