İrandan gələn arağa görə dostlarımı itirdim – Deputat

“Vaxtilə İrandan gələn texniki spirtdən düzələn araqdan zəhərlənməyə görə bəzi cavan dostlarımı itirmişdim”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin mayın 7-də keçirilən iclasında deyib.

Deputat ölkədə spirt istehsalının çox olduğunu, lakin məhsuldar ixracın həyata keçirilmədiyini bildirib:

“Çox gülməlidir, həmin insanlar Ramazan ayında oruc tutdular, sonra gedib spirt qəbul edib ondan zəhərlənərək ölmüşdülər. Ümumiyyətlə, ölkədə bunu istehsal edən, satanlara lisenziyanı kim verir? Vaxtilə Ağdam şərabı Rusiyanın hər yerində satılırdı. İnsanlar zarafat edirdilər ki, Ağdam şərabı Rusiyanı ələ keçirib. Bu gün Qafqazda istirahət yerlərində gürcü və erməni içkiləri var, amma Azərbaycan məhsulları yoxdur. Əgər biz bunun üzərində işi qura bilməmişiksə, deməli, istehsal edilənlərin hamısı əhalinin sağlımlığını korlamağa yönəlib. Mən anlamıram, ölkədə niyə bu qədər araq istehsal olunur”.

Ayşən Mustafa
Globalinfo.az