İrandakı faciədə “xarici müdaxilə” iddiasına ABŞ-dan REAKSİYA

“İran prezidenti və digər rəsmilərin ölümü ilə nəticələnən helikopter qəzasında “qeyri-qanuni oyun”a dair heç bir dəlil yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezident administrasiyasının yüksək rütbəli rəsmisi deyib.

Onun sözlərinə görə, Bayden administrasiyası vəziyyəti diqqətlə izləyir.

“İran rəsmiləri faciəvi qəzada ABŞ və ya İsraili günahlandırmağa çalışırlar. Onlar ölkədə helikopter ehtiyyat hissələrinin olmamasına səbəb kimi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları göstərirlər”, – ABŞ rəsmisi vurğulayıb.

ABŞ rəsmisi əlavə edib ki, baş verən hadisənin Vaşinqton-Tehran münasibətlərinə böyük təsir göstərəcəyini və hansısa dəyişikliyə səbəb olacağını gözləmirlər.

Müşviq Tofiqoğlu
Globalinfo.az