50906277 51f7 361f a145 af6ddbd322d4 850 768x403 1

İyulun 7-i gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Təftan şəhərinin Dehpabid polis bölməsinə hücum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Etnik bəlucların silahlı qruplaşması olan “Ceyş əl-Ədl” təşkilatı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Təşkilatın yaydığı bəyanatda hücum nəticəsində iki hökumət məmurunun öldürüldüyü bildirilib.

Rəsmi dövlət mediası bu barədə məlumat yaymayıb.

Paylaş: