1727101458 1666857497 ce092663c029b61cf3e453067bf83154

İranın Gərmsar  Sənaye Şəhərciyində bir neçə partlayış səsi eşidilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayışlardan sonra güclü yanğın başlayıb.

Əraziyə xilasetmə, təcili yardım və yanğınsöndürmə qrupları cəlb olunub.

İranın səlahiyyətli orqanları hadisənin başvermə səbəblərini və miqyasını araşdırır.

Müşviq Tofiqoğlu,
Globalinfo.az

Paylaş: