“Düşmən dövlətlər İranın beynəlxalq dəniz zolaqlarına çıxışını məhdudlaşdırmağa çalışırlar”.
Globalinfo.az xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Şəhram İrani açıqlayıb.
O, ölkəsini dənizlərlə əlaqəyə daha çox diqqət yetirməyə çağırıb:
“Bu gün düşəmənin əsas strategiyası dənizlərdə monopoliya yaratmaq və İranı məhdudlaşdırmaqdır. Şimal-Cənub dəhlizinin əhəmiyyəti milli planlaşdırma sənədlərində daim vurğulansa da, Şərq-Qərb dəniz marşrutlarına kifayət qədər diqqət yetirilmir”.
Əliyar Xəlil
Globalinfo.az