İrana növbəti zərbə: qərargah vuruldu – Ölənlər var

ABŞ yenidən Suriyadakı iranyönlü qüvvələrə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Əl Arabiya” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, iranyönlü qüvvələrin Deyr əz Zor vilayətindəki qərargahı vurulub. Nəticədə bir nəfər ölüb, 5 nəfər yaralanıb.

Hücumdan sonra iranyönlü qüvvələrin qərargahdan evakuasiyası başlayıb.

Qeyd edək ki, bundan öncə İrana tabe olan qüvvələr ABŞ-ın Suriyadakı bazasına raket zərbəsi endirməyə cəhd ediblər.

İlkin Həsənov
Globalinfo.az