arman abovyan

“ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Ermənistana sərhəd təhlükəsizliyi məsələləri ilə məşğul olacaq xüsusi qrup göndəriləcəyini açıqlayıb. Bu, Vaşinqtonun xüsusi xidmət orqanlarının ölkəmizin sərhədlərində rəsmən işləyəcəyi mənasına gəlir”. 

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan deyib.

O, İrəvanın bu qərarının Tehranda xoş qarşılanmayacağını bildirib:

“Onlar İrana hücuma hazırlaşan ölkənin xüsusi xidmət orqanlarıdır. İndi düşünmək lazımdır ki, iranlılar ABŞ hərbi agentlərinin öz ölkələrinin sərhədində anidən peyda olmasına necə reaksiya verəcəklər? İrəvan hakimiyyəti saxta Avropa İttifaqı referendumu və ABŞ-la “strateji memorandum” imzalamaqla ölkəni panikaya salıb intihara sürükləmək istəyir?”

Qeyd edək ki, yanvarın 14-də Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: