İrana casusluq edən iki nəfər saxlanıldı – FOTO

İranın molla rejimini təbliğ edən şəxslərin ifşası istiqamətində tədbirlər davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu haqda “Mouze” teleqram kanalı məlumat yayıb.

Azərbaycanın hüquq-mühafizə orqanlarının bu istiqamətdə keçirdiyi əməliyyatlarla rəsmi olmayan məlumatlara görə 10-a yaxın şəxs saxlanılıb.

Saxlanılanlardan ikisinin Mingəçevir sakini Elvin Nəzərov və Goranboy sakini Amil Dəmirov olduğu bildirilir.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.