İranın xarici işlər naziri Abbas Əraqçi ilə Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl-Tani arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Əraqçinin qətərli həmkarı ilə İsrailin Livana hücumlarını müzakirə etdiyi bildirilir.
İran XİN başçısı Livana hücumların qarşısının alınmalı olduğunu vurğulayıb. Əl-Tani isə Əraqçiyə bölgədə sülhün əldə edilməsinin zəruri olduğunu söyləyib.
Qeyd edək ki, ötən gecə İsrail İrana hava zərbələri endirib. İran tərəfi də buna əks-hücumlarla cavab verib. İsrail həmçinin Livanın paytaxtı Beyruta da ağır zərbələr endirib.
Əliyar Xəlil
Globalinfo.az