“Tehran və Vaşinqton arasında aparılan danışıqlar zamanı tərəflər İranın nüvə proqramı və İslam Respublikasına qarşı sanksiyaların ləğvi ilə bağlı məsələləri müzakirə etməklə kifayətləniblər”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
“İranın mövqeyi dəyişməz olaraq qalır. Biz yalnız nüvə proqramını müzakirə edirik və hər hansı sanksiyaları aradan qaldırmağa çalışırıq”, – deyə o bildirib.
Qeyd edək ki, İran və ABŞ arasında dolayı danışıqların birinci mərhələsi aprelin 12-də Omanda baş tutub. Danışıqlar iki saat yarımdan çox davam edib.
Əliyar Xəlil
Globalinfo.az