İran Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran gəmisinə endirdiyi iddia olunan zərbə ilə bağlı sərt bəyanat verib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran parlamentinin vitse-spikeri Əli Nikzad danışıb.
“Ölkəmizə qarşı təcavüzün edildiyi hər bir nöqtə, şübhəsiz ki, silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcək. Ukrayna hökumətinin uzaqgörən olmayan addımları cavabsız qalmayacaq”, – Nikzad IRNA agentliyinə bildirib.
Tahir Turan
Globalinfo.az