İran rəsmisi: Türkiyə ilə savaş olarsa… – Sensasion audio

Sosial şəbəkələrdə İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf və “Əmmar” Strateji Düşərgə Şurasının rəhbəri Mehdi Taebə aid olduğu bildirilən səs yazısı yazılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, səs yazısında Taeblə Qalibafın Türkiyə ordusunu və onun hərbi qüdrətini müzakirə etdikləri məlum olur.

Söhbətin mətnini təqdim edirik:

Mehdi Taeb: Türkiyə sözdə “vuraram, elə edərəm, belə edərəm” deyir. Meydana gəlir, İdlibdə onun əlində olan yoldan geri çəkilməli olduğunu deyirik, sabahısı gün geri çəkilir.

Qalibaf: İraqda özünü vurmuşdu.

Mehdi Taeb: İraq deyil ki! Bizik. Türklərin problemi budur: yanacaqları yoxdur. Əgər savaş olarsa, yanacaq idxal olunduğu üçün limanını raketlə vurun, səhərisi artıq tanklarının yanacağı olmayacaq. Tank daş kömürlə işləmir ki! Tutaq ki, elektriki daş kömürdən əldə etdiniz…

Qalibaf: – Embarqolarda biz Türkiyədən (yardım) istəyirdik…

Mehdi Taeb: Çünki özlərinin xeyri vardı.

Qalibaf: – İndi də var.

Mehdi Taeb: – İndi də var…

Qeyd edək ki, “Əmmar” 2008-ci il seçkilərindən sonra “yumşaq müharibə” (təbliğat savaşı) ilə məşğul olmaq üçün yaradılıb. Taeb həmçinin 27-ci Orduya və Ali Şurasının plan və proqram bölməsinə cavabdeh idi.