
“İran ehtimal müharibə zamanı İsraili cəmi bir gündə məhv edə bilər, bunun üçün lazımi imkanlara sahibdir”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovniki, Harvard Universitetinin müəllimi Duqlas Makqreqor deyib.
O, İranın raket aresanalının çox böyük olduğunu söyləyib:
“Tehranın müharibəyə başlamaq üçün geniş imkanları var. Lakin İran hökuməti dəfələrlə münaqişənin qarşısını almağa çalışıb. Ümumiyyətlə, hazırda Yaxın Şərqdə ABŞ və İsraildən başqa müharibəyə meyilli qüvvə yoxdur”.
Qeyd edək ki, ABŞ rəsmiləri İranla davam edən danışıqların nəticəsində nüvə proqramı ilə bağlı müvafiq razılaşma əldə edilməyəcəyi halda bu ölkəyə hava hücumunun olacağını açıqlayıblar.
Ayşən Mustafa
Globalinfo.az