WhatsApp Image 2023 04 12 at 11.09.27

Rusiya qitələrarası ballistik raketin sınağını keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, raket Qazaxıstanda adı çəkilməyən poliqona düşüb. Onun öncədən təyin edilən hədəfi vurduğu deyilib.

Rusiya Müdafiə Nazirliyi raketin buraxılışının yeni komplekslərin işlənməsində texniki həllin doğruluğunu sübuta yetirdiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Qazaxıstanla razılaşmasına əsasən, Moskva qonşu ölkənin ərazisindən raket sınağı üçün istifadə edə bilər.

Bundan öncə Rusiya özünün ən güclü raketi sayılan Topol-M-in sınağını keçirəcəyini bildirmişdi.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: