irangemi

Azərbaycanda keçiriləcək “AZİREX-2025” birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə İran Ordusunun Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət Azərbaycanın ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, gəmilərin təntənəli qarşılanma mərasimi keçirilib. Tədbirdə Azərbaycan HDQ komandanlığı və digər rəsmi şəxslər iştirak ediblər.

Sonra İran Ordusunun HDQ-sinin rəhbər heyəti ilə Azərbaycan HDQ komandanı arasında görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və “AZİREX-2025” birgə axtarış-xilasetmə təliminin təşkilinə dair məsələlər müzakirə olunub.

Tədbir çərçivəsində təlimə dair brifinq təqdim edilib, maraq doğuran suallar cavablandırılıb.

Birgə təlimin əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması, axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və koordinasiyanın gücləndirilməsidir.

01f5a2daf1eb94b78da45fb5cd57bfbd a5fcd71522fdb4610baf3f5f0b7ac048 419db7c97cbd6b632f32d504d3914e5a 8c2a5d8c568ad3b0e34f30333b9d81d1 9048e994400c705f5ce61c7086bbc9ad

Paylaş: