“İran ABŞ-ın vəhşiliklərinə qətiyyətlə cavab verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
XİN sözçüsü ABŞ-ın Suriyadakı toy məclisinə hücumuna cavab olaraq bildirib ki, İran bu vəhşiliklərə qətiyyətlə cavab verəcək:
“Bu cür vəhşiliklərə qarşı susan və ya bunu haqlı çıxarmağa çalışan hökumətlər və beynəlxalq təşkilatlar bilməlidirlər ki, onların susması neytrallıq demək deyil”.
Əliyar Xəlil
Globalinfo.az