IRAN ABS danisiq

İranla ABŞ arasında növbəti danışıqlar mərhələsinin tarixi hələ müəyyən edilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə məlumat verib.

Onun sözlərinə görə, tərəflər əvvəlcə “anlaşma çərçivəsi” üzrə razılığa gəlməlidirlər:

“Biz hazırda iki tərəf arasında anlaşma çərçivəsini yekunlaşdırmağa fokuslanmışıq. Uğursuzluğa məhkum olan və yeni eskalasiya dalğasına səbəb ola biləcək bir danışıqlar prosesinə daxil olmaq istəmirik.

Çərçivə razılaşdırılmadan tarix təyin edə bilmərik. Əslində, əhəmiyyətli irəliləyiş əldə olunmuşdu. Lakin sonra qarşı tərəfin maksimalist yanaşması ortaya çıxdı. İranı beynəlxalq hüquq çərçivəsindən kənara çıxarma cəhdləri razılaşmaya çatmağımızın qarşısını aldı”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: