İndoneziyada güclü zəlzələ oldu

İndoneziya sahillərində 6 bal gücündə zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın episentri 451 min insanın yaşadığı Manado şəhərindən (Sulavesi adası) 199 kilometr cənub-şərqdə olub.

Tələfat və dağıntı barədə verilməyib.

Sunami təhlükəsi elan olunmayıb.