İndoneziya Prezidenti Prabovo Subianto Türkiyəyə səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Hava limanında fəxri qonağı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Onu milli müdafiə naziri Yaşar Gülər, Ankara valisi Vasip Şahin, müdafiə sənayesi naziri Haluk Gürgön müşayiət edib.
Prezident Prabovo Subiantonun şərəfinə fəxri qaravul düzülüb.
Prezidentlər arasında görüş keçirilib.
Aysel Əliyeva
Globalinfo.az