İmtahandan sonra halı pisləşən tələbə vəfat etdi – FOTO

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Xumar Nəcəfzadə vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, onun imtahandan sonra halı pisləşib və dünyasını dəyişib. Mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

İmtahandan sonra halı pisləşən tələbə vəfat edib