İllərdir gözlənilən qərar: 10 minlik ordunun sonu necə olacaq?

Suriyanın şimal-şərqindəki kürd administrasiyası İŞİD yaraqlılarının mühakiməsinə başlayacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, minlərlə yaraqlı illərdir administrasiyanın həbsxanalarında saxlanılırdı.

ABŞ-ın dəstəklədiyi və Dəməşqdəki mərkəzi hakimiyyətdən ayrı fəaliyyət göstərən kürd administrasiyası tərəfindən 2017-2019-cu illərdə İŞİD-in tərkibində vuruşmaqda şübhəli bilinən təxminən 10 min nəfər saxlanılır.

Suriya kürdləri uzun illər vətəndaşlarını repatriasiya etməsi üçün Kanada, Fransa və Böyük Britaniya kimi ölkələrə çağırış edib. İndi isə məhkəmə prosesinin özləri tərəfindən təşkil edilməsi qərara alınıb.

Tahir Turan
Globalinfo.az