3 4

ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına nail olub.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “X” hesabında Vaşinqton görüşünün birinci ildönümü ilə bağlı paylaşımında qeyd edib.

“Prezident Tramp sülh prezidentidir. Düz bir il əvvəl o, Ağ Evdə keçirilən mühüm görüş zamanı Ermənistan və Azərbaycan arasında sülhə nail oldu”, – Rubio bildirib.

ABŞ dövlət katibi xatırladıb ki, həmin görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan hər iki ölkə üçün tarixi dönüş nöqtəsi hesab olunan Birgə Bəyannaməni imzalayıblar.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: