İlham Əliyevin bu mesajı Ermənistanı qorxuya saldı – VİDEO

Azərbaycan prezidenti İlham Əliyev 18 mart 2023-cü il tarixdə Qarabağa səfərində olduqca önəmli mesajlarla zəngin çıxış etdi. Ölkə başçısının çıxışının bir hissəsi Azərbaycanla Ermənistan arasında bağlanacaq sülhə həsr edilmişdi. Prezident bildirib ki, ermənilər 29 min kvadrat ərazidə rahat yaşamaq istəyirlərsə, Azərbaycanla sülh bağlamalıdırlar və Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanımalıdırlar. “Bu halda onlar 29 min kvadrat kilometrdə rahat yaşa bilərlər” – Prezident bildirib.

Globalinfo.az bildirir ki, İlham Əliyevin bu çıxışından sonra Ermənistan əsl təlatüm yaşanıb. Azərbaycan Ordusunun nəyə qadir olduğunu yaxşı bilən Ermənistan, bu bəyanatın arxasında nələrin dayana biləcəyini anlamamış deyil. Emənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə dediyi sözlərlə bu bəyanatın arasında əlaqə olduğunu demək mümkündür. Mirzoyan Lavrovla görüşdə “Ümid edirik ki, müttəfiqlərimiz Azərbaycanın növbəti eskalasiyasına imkan verməyəcəklər” – söyləyib. Bu sözlər Paşinyan iqtidarının nə qədər qorxduğunu göstərən nümunədir. Prezident İlham Əliyev sülh təklifinin Ermənistan tərəfindən rədd edildiyi təqdirdə onları nələrin gözlədiyini də işğaldan azad edilən tarixi Azərbaycan torpaqlarından açıq şəkildə bəyan etdi.

Prezident İlham Əliyev həmçinin çıxışında Ermənistanın Azərbaycanın şərtlərinə əsasən delimitasiya işlərini aparmalı olduğunu qeyd edib: “Bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan indi özü üçün yeni ağa axtarışındadır. Bunun heç bir xeyri olmayacaq”.

Prezidentin çıxışının həmin hissəsini təqdim edirik: