eliyev putin yekun 900x532 1

“Heç kimə sirr deyil ki, Ermənistanda keçirilən parlament seçkiləri mahiyyət etibarilə Azərbaycanla sülh və ya qarşıdurma məsələsi üzrə referendum idi”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti katibliyinin sabiq rəhbəri, politoloq Eldar Namazov qeyd edib.

O bildirib ki, bütün müxalif təbliğat məhz bunun üzərində qurulmuşdu:

“İş o həddə çatmışdı ki, müxalif saytlar aralıq nəticələri belə təqdim edirdilər: Samvel Karapetyan bu qədər səs toplayıb, Robert Köçəryan bu qədər, İlhаm Əliyev isə bu qədər. Guya bunlar Nikol Paşinyana qarşı yox, birbaşa İlhаm Əliyevə qarşı mübarizə aparırlar.

Əslində, bu məntiqi müəyyən qədər qəbul etmək olar — seçkilər ErmənistanAzərbaycan münasibətləri məsələsini əks etdirir, amma iki düzəlişlə!

Birincisi, onların məntiqini davam etdirərək məlumatı belə təqdim etmək lazım idi: Putin-1 bu qədər səs toplayıb, Putin-2 bu qədər, İlhаm Əliyev isə bu qədər. Çünki həm Samvel Karapetyan, həm də Robert Köçəryan Vladimir Putinin açıq şəkildə dəstəklədiyi qüvvələr idi! Onlar bunu gizlətmirdilər, Rusiya prezidenti də gizlətmirdi və Kreml onları açıq şəkildə “prorusiya qüvvələri” kimi təqdim edirdi.

İkincisi, bu halda Ermənistanda keçirilən seçkilərin nəticələri də mahiyyət etibarilə belə qiymətləndirilməlidir: Paşinyan Karapetyan və Köçəryanı, İlhаm Əliyev isə Vladimir Putini məğlub etdi!”

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: