Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Globalinfo.az xəbər verir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

*** 16:43
Litvada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litvanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış “Antakalnis” abidəsini ziyarət edib.
Globalinfo.az bildirir ki, APA-nın Vilnüsə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, dövlət başçısı abidənin önünə əklil qoyub.
Qeyd edək ki, 1991-ci il yanvarın 13-də Sovet qoşunları Vilnüsə daxil olub, Vilnüs teleqülləsini, radio-televiziya komitəsinin binasını ələ keçirib. Teleqülləyə hücum nəticəsində 14 nəfər ölüb, 700 nəfər yaralanıb.