İlham Əliyev: “Rus sülhməramlılar orada müvəqqəti yerləşib”

“Qarabağ bizim torpağımızdır”.

Globalinfo.az bildirir ki, bunu Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında deyib.

Dövlət başçısı vurğulayıb ki, rus sülhməramlılar orada müvəqqəti yerləşib: “Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir və əgər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər”.