İki rayonda vətəndaşlardan 16 tüfəng götürüldü – FOTO

İsmayıllı və Qəbələdə vətəndaşlardan 16 tüfəng götürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri ilə İsmayıllı rayonunda üç, Qəbələdə isə son iki ay ərzində 13 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.