958bcc0a 06c7 4eb3 87db 53c76894b783

“Qlobal mənzil böhranının həlli istiqamətində bu yol xəritəsi ilə irəlilədikcə, hazırda 50 faiz şəhərləşmiş dünyamızın cəmi iki onillik ərzində 70 faiz şəhərləşmiş bir planetə çevriləcəyini görürük”.

Globalinfo.az xəbər verir ki, Kolumbiya Universitetinin nüfuzlu iqtisadçı professoru Cefferi Saks deyib.

O bildirib ki, dünya iqlim dəyişikliyi, təbii fəlakətlər, münaqişələr və yenidənqurma proseslərinin yaratdığı təzyiqlərlə üz-üzədir:

“Biz həm quruculuğu davam etdirməli, həm də itkiləri bərpa etməliyik. İnsanlar getdikcə daha çox şəhərlərə köçür, xüsusilə də Afrika kimi bölgələrdə. Burada əsasən gənc əhalidən və onsuz da ciddi çətinliklərlə qarşılaşan şəhərlərdən danışırıq. Bir çox yerlərdə əsas xidmətlər hələ də əlçatmazdır və insanlar fundamental imkanlara çıxış əldə edə bilmirlər”.

Amerikalı professor Bakıya yağan yağışlardan danışıb:

“İki gün əvvəl Bakıya bir gün ərzində illik normadan dörd dəfə çox yağış yağıb. Hamımız dayanıqlığın nə qədər vacib olduğunu və planlarımızı yenidən nəzərdən keçirərək uyğunlaşmağın təcili olduğunu anladıq.

Məncə, bu, qlobal səviyyədə qarşılaşdığımız problemlərin çox vacib nümunəsidir. Dünyanın müxtəlif şəhərləri daşqınlarla üzləşir, torpaq sürüşmələri və yanğınlardan zərər görür, eyni zamanda təhlükəsizlik problemləri ilə mübarizə aparır. Şəhərlər həqiqətən də ön cəbhədədir”.

Professor bildirib ki, Bakı da BMT sisteminin bir hissəsi olaraq bu istiqamətdə artıq mühüm töhfələr verib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: