İcra başçısının müavini işdən çıxarıldı – FOTO

Yardımlı rayon İcra Hakimiyyətinin başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyev vəzifəsindən azad edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə faktmedia.az saytı məlumat yayıb.

Bildirilir ki, Mahir Mirzəyev işdən çıxmaqla bağlı ərizə yazıb.

O, uzun müddətdir ki, Yardımlıda icra müavini vəzifəsini tuturdu.