İcra başçısı qazinin toyuna gəldi – FOTOLAR

Neftçala rayonunda Vətən müharibəsi qazisi Xalıqov Eyzan Paşa oğlunun toyu keçirilib.

Globalinfo.az bildirir ki, qazinin toy məclisində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Vətən müharibəsi iştirakçıları və qonaqlar iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Toy məclisində çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabrın 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından danışıb, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizə  Allahdan rəhmət diləyib və yaralanan hərbçilərimizə şəfa diləyib.