mCmVL90UPwHhX3sHkCHfmZhJgsgyRYj89ZfbVcs6 1200

Livan hökuməti ordunun “Hizbullah“ı mərhələli şəkildə tərksilah etməsini nəzərdə tutan plana dəstək verib.

Globalinfo.az xəbər verir ki, beş mərhələdən ibarət olan plan Litani çayının cənubunda başlanacaq əməliyyatları əhatə edir.

Təxminən üç ay davam edəcəyi gözlənilən proses çərçivəsində Suriya sərhədində təhlükəsizlik gücləndiriləcək. Eyni zamanda Fələstin düşərgələrində silahlı qruplaşmalar zərərsizləşdiriləcək və ölkə ərazisindəki qeyri-qanuni silah anbarları ələ keçiriləcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: