Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində bu ölkənin dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata əsasən, görüşlər zamanı ikitərəfli münasibətlər, regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.
Thanks to Acting Undersecretary for Political Affairs @UnderSecStateP John Bass, Acting Assistant Secretary for European and Eurasian Affairs @amb_yurikim Yuri Kim and Acting Assistant Secretary for Democracy, Labor and Human Rights Robert Gilchrist, for compelling discussions on… pic.twitter.com/bwEgy66s0V
— Azerbaijan Embassy US (@azembassyus) May 16, 2024
X X X
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-yə səfəri çərçivəsində bu ölkənin dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bassla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi “X” sosial şəbəkəsində məlumat yayıb.
“ABŞ və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığı və ümumi prioritetləri, o cümlədən regionda davamlı və ləyaqətli sülh və uğurlu COP29-u müzakirə etmək üçün bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi salamladım”, – dövlət katibinin müavini qeyd edib.