Hərbçimizin meyiti tapıldı

Samur-Dəvəçi-Abşeron su kanalında boğulan hərbçinin cəsədi sudan çıxarılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Eyvazovun cəsədi Samur-Dəvəçi-Abşeron su kanalından tapılaraq çıxarılıb.

Hərbçinin cəsədi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***16:34

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.

Müdafiə Nazirliyindən Globalinfo.az-a bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – məlumatda qeyd olunub.