sm 1

Novxanı bağlarında baş verən partlayışlarla bağlı araşdırma aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumat yayıb.

Bildirilib ki, Novxanı bağlar massivindəki partlayışda isə dağıntılar altından 2 nəfər sağ çıxarılıb, xəstəxanaya yerləşdirilib və axtarış-xilasetmə əməliyyatı sona çatıb.

Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində araşdırma aparılmaqla partlayışların səbəbinin, əhəmiyyət kəsb digər edən halların müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

***09:50

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə bu gün saat 08:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən Globalinfo.az-a verilən xəbərə görə, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə nəticəsində 1-i qadın, 1-i kişi olmaqla xəsarət alan 2 nəfər Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

***09:22

Məlumat verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, xilasedicilər tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində dağıntılar altından 2 nəfər sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

X X X

Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.

Globalinfo.az xəbər verir ki, dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.

Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.

Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

novxanida-vuqar-hesimovun-ailesinin-evinde-partlayis
fhn
ev
ev1

***08:54

Abşeron rayonunun Novxanı kəndində partlayış olub.

Globalinfo.az-ın məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, hadisə fərdi yaşayış evində baş verib.

Partlayış nəticəsində yaralananların olduğu güman edilir.

Xatırladaq ki, daha əvvəl Sumqayıtın 13-cü mikrorayonunda yaşayış binasında baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanmışdı.

sm 2 sm 3

 

Paylaş: