
HƏMAS qruplaşması girovları şənbə günü azad edə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə qruplaşmanın “Telegram” hesabında məlumat paylaşılıb.
Qeyd olunub ki, girovlar əvvəl razılaşdırıldığı kimi şənbə günü azad edilə bilər, lakin bir neçə şərtlə.
“HƏMAS girovların azad edilməsi barədə xəbəri bilərək yayıb. Bunu ondan ötrü etdik ki, bu beş gün ərzində vasitəçilər İsrailə təzyiq göstərə və onu razılaşmanın bütün şərtlərinə əməl etməyə məcbur edə bilsinlər. Həm də mübadilənin zamanında baş tutması üçün zaman qazanmış olduq”, – deyə məlumatda qeyd olunur.
Həmçinin bunun İsrail üçün bir xəbərdarlıq olduğu vurğulanıb.
Xatırladaq ki, daha əvvəl HƏMAS İsrailin atəşkəsə əməl etməməsi iddiası ilə girovların azad edilməsini dayandırdığını açıqlamışdı.
Aysel Əliyeva
Globalinfo.az