Liberman: “Bayden narkotik istifadəçisidir”

ABŞ Prezidenti Co Bayden narkotik maddələrin istifadəsində şübhəli bilinib.

Globalinfo.az xəbər verir ki, bu barədə yaşlı demensiya xəstələri ilə işləyən psixiatr Kerol Liberman iddia edib.

O bildirib ki, Baydenin kəskin və aqressiv çıxışındakı koqnitiv geriləməni (yaddaş pozuntusu və çaşqınlıq) gizlətmək üçün stimulyasiyaedici vasitələrdən istifadə etməsi mümkündür. Çünki bu əlamətləri ABŞ Prezidentində görmək mümkündür.

Məlumatda deyilir ki, 81 yaşlı Bayden qarşısında mikrofon olmasına baxmayaraq yüksək səslə danışıb, fikirlərini qışqıraraq çatdırmağa çalışıb. Doktor Libermanın sözlərinə görə, nitqinin sürəti və həcmi Baydenin amfetamin vasitələrindən istifadə etdiyini göstərir.

Liberman həmçinin əlavə edib ki, narkotik maddələrdən istifadə əlamətləri təkcə Baydenin danışıq tərzində deyil, həm də onun davranışlarında özünü biruzə verib.

Əliyar Xəlil
Globalinfo.az