Hazırda İranda neçə tələbəmiz təhsil alır? – Deputat rəqəm açıqladı

Ölkəmizdən İrana, əsasən də Qum şəhərinə təhsil almaq üçün xeyli şəxs gedir. Həmin şəxslər arasında yenidən ölkəyə qayıdanlar da olur, qayıtmayanlar da.

Bəs bu gün İranda təhsil alan nə qədər tələbəmiz var?

Globalinfo.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü,  hazırda İranda təhsil alan tələbələrin sayı haqda dəqiq məlumatı olmadığını bildirib.

Millət vəkili rəqəmlərin müxtəlif olduğunu deyib:

“Tam dəqiq bilmirəm, amma təxmini 500 civarında tələbənin İranda təhsil alması ehtimal olunur. Onların böyük hissəsi vaxtilə gedib və bu gün orada qalıb təhsilini davam edir və ya İranda oturub Azərbaycana yönəlmiş təbliğat prosesində iştirak edirlər”.

C.Məmmədov həmin tələbələrin bir qisminin İranın xüsusi xidmət orqanları ilə çalışdığını bildirib:

“Azərbaycana yönəlmiş təbliğatda ən fəal iştirak edənlər ölkədən gedən tələbələrdir. Bu gün İran öz təbliğatında Azərbaycana qarşı məhz bu insanlardan istifadə edir. Onların bir hissəsi həm İranın dini mərkəzləri, həm də təhlükəsizlik orqanları tərəfindən qorunur və onlarla əməkdaşlıq edirlər”.

Zaira Akifqızı
Globalinfo.az