
ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, Rubio bu barədə “X” hesabında məlumat yayıb.
“Biz qarşılıqlı maraq doğuran çoxsaylı məsələləri, o cümlədən İŞİD-ə qalib gəlmək üçün Qlobal Koalisiya vasitəsilə təhlükəsizlik problemlərini həll etməyi və ABŞ-Türkiyə münasibətlərini gücləndirməyin yollarını müzakirə etdik”, – deyə o vurğulayıb.
***14.02.2025 20:15
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.
Tərəflər Suriyadakı son vəziyyəti, Qəzzada baş verənləri və Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.
Aysel Əliyeva
Globalinfo.az