absd

Rusiya ABŞ-ın öz vətəndaşlarını Belarusu tərk etməyə çağıran bəyanatlarını təxribat kimi dəyərləndirir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz ABŞ-ın bu son bəyanatını təxribat kimi səciyyələndiririk. Bu, Dövlət Departamentinin ilk belə bəyanatı deyil. Vaşinqton 2023-cü ilin avqustunda oxşar xəbərdarlıqlar edib. Bu, bir taktikadır. Onlar gərginliyi artırmaq, mühüm seçki prosesləri ərəfəsində təhdidlər yaratmaq üçün bu cür açıqlamalar verirlər”, – deyə Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: