Hacıqabulda 2 TIR toqquşdu – Ukrayna vətəndaşı ağır yaralandı – VİDEO

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisində beynəlxalq yükdaşımaları həyata keçirən 2 TIR toqquşub.

Globalinfo.az xəbər verir ki, qəza nəticəsində Ukrayna vətəndaşı olan TIR-lardan birinin sürücü ağır yaralanıb.

 

Qəza nəticədə ağır yaralanan Ukrayna vətəndaşı olan sürücü – 1975-ci il təvəllüdlü Railen Aleksandr Nikolayeviç Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.